12 dekabr 2025. Cümə

"Abramoviçin “Çelsi”dən çıxarılması ədalətsizdir"


"Abramoviçin “Çelsi”dən çıxarılması ədalətsizdir"

“Çelsi”nin sabiq müdafiəçisi Con Terri klubun sabiq sahibi Roman Abramoviçin satılmağa məcbur edilməsinə etiraz edib.

90deqiqe.Az-ın məlumatına görə, “The Obi One Podcast”də danışan Terri bunlar bildirib:

“Bu, olduqca məyusedicidir. Roman karantin dövründə və Milli Sağlamlıq Xidmətinə göstərdiyi dəstək fantastik idi: o, ‘Stamford Bric’i bütün tibb işçilərinə açdı və bu çətin dönəmdə insanlara ev verdi. O, sadəcə möhtəşəm, gözəl ürəkli bir insan idi, futbol klubumuzu sevirdi və xoşbəxtlikdən başqa bir klub almaqdan imtina etdi, doğru qərar verərək bizimkini aldı.”

Qeyd edək ki, Abramoviç 2003-cü ildən “Çelsi”nin sahibi olub. Klubun satışı 2022-ci ilin fevral hadisələrindən sonra baş tutub. 2025-ci ilin yayında Abramoviçin əldə etdiyi 3,4 milyard dollar dondurulub və Böyük Britaniyada hələ onun istifadəsi barədə razılıq əldə edilməyib. Vəsait humanitar məqsədlə Ukraynaya göndərilməli idi.







İngiltərə P.L.

“Salah mənə böyük dəstək olub”
  • İngiltərə P.L.
  • 23:52 11.12.2025
“Salah mənə böyük dəstək olub”
"Salah ağılsız davranıb, Slot isə..."
  • İngiltərə P.L.
  • 23:57 09.12.2025
"Salah ağılsız davranıb, Slot isə..."
APL-də ən çox dəyər itirən futbolçular
  • İngiltərə P.L.
  • 22:25 09.12.2025
APL-də ən çox dəyər itirən futbolçular
Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı