22 iyun 2026. Bazar ertəsi

Haland İngiltərə Premyer Liqasında növbəti rekordu təkrarladı


Haland İngiltərə Premyer Liqasında növbəti rekordu təkrarladı

“Mançester Siti”nin  hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 8-ci turunda “Everton”a qarşı keçirilən oyunda dubl edərək daha bir statistik göstəricini təkrarlayıb.

90deqiqe.Az-ın məlumatına görə,norveçli forvard bu oyunda vurduğu qollarla cari mövsümdə 10 və 11-ci qollarının müəllifi olub.

Bununla da o, Premyer Liqa tarixində ilk 8 turda 10 və daha çox qol vuran yeganə futbolçu olaraq qalır. Norveçli forvard bu uğuru artıq üçüncü dəfə təkrarlayıb – daha əvvəl o, bu nailiyyətə 2022/2023 və 2024/2025 mövsümlərində də imza atmışdı.

“Etihad” stadionunda baş tutan qarşılaşmada “şəhərlilər” 2:0 hesabı ilə qalib gəlib.Erlinq Haland 2022-ci ilin yayından “Mançester Siti”nin heyətində çıxış edir. O, indiyədək klubun formasında bütün turnirlərdə 156 oyunda 138 qol vurub, 22 qol ötürməsi ilə yadda qalıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər