- İngiltərə P.L.
- 12:43 04.12.2025
İngiltərə Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Liverpul” – “Mançester Yunayted” oyunu qonaqların qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” səfərdə rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Görüş “Enfild” stadionunda, Maykl Oliverin idarəçiliyi ilə baş tutub.
Matçın startında “Mançester Yunayted” sürətli qol vurub – 2-ci dəqiqədə Brayan Mbeumo hesabı açıb. “Liverpul” 78-ci dəqiqədə Koudi Qakponun zərbəsi ilə bərabərlik qolu vurub. Lakin 84-cü dəqiqədə Harri Maquayrın başla vurduğu qol “Yunayted”ə qələbə qazandırıb.
Bu nəticədən sonra “Liverpul” 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 13 xalı olan “Mançester Yunayted” isə 9-cu yerdə yer alıb.
Növbəti turda “Liverpul” oktyabrın 25-də səfərdə “Brentford”la qarşılaşacaq, “Mançester Yunayted” isə həmin gün doğma meydanda “Brayton”u qəbul edəcək.