26 mart 2026. Cümə axşamı

“Liverpul” 2014-cü ildən sonra ilk dəfə ardıcıl dörd məğlubiyyət aldı


“Liverpul” 2014-cü ildən sonra ilk dəfə ardıcıl dörd məğlubiyyət aldı

“Liverpul” növbəti dəfə azarkeşlərini məyus edib.

90deqiqe.Az-ın məlumatına görə, komanda Arne Slotun rəhbərliyi altında Premyer Liqanın növbəti turunda evdə “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olub.

Bununla da mersisayd təmsilçisi ardıcıl dördüncü dəfə uduzub. Daha əvvəl “Liverpul” “Kristal Pelas” (1:2), “Qalatasaray” (0:1) və “Çelsi” (1:2) qarşısında da məğlubiyyətlə üzləşmişdi.

Statistik məlumatlara görə, “Liverpul” bütün turnirlərdə sonuncu dəfə 2014-cü ilin noyabrında dörd ardıcıl məğlubiyyət yaşamışdı. Həmin vaxt komandanın baş məşqçisi Brendon Rodcers idi. Yurgen Klopp dönəmində isə bu cür uğursuz seriya qeydə alınmamışdı.

“Liverpul” növbəti matçını oktyabrın 22-də, səfərdə “Ayntraxt”a qarşı Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turu çərçivəsində keçirəcək. Arne Slotun komandası bu oyunda mənfi seriyaya son qoymağa çalışacaq.







İngiltərə P.L.

"Napoli"də yenidən futbola aşiq oldum"
  • İngiltərə P.L.
  • 23:39 25.03.2026
"Napoli"də yenidən futbola aşiq oldum"