31 yanvar 2026. Şənbə

Yurgen Klopp “Liverpul”a qayıdış ehtimalından danışdı


Yurgen Klopp “Liverpul”a qayıdış ehtimalından danışdı

“Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Klopp özünün İngiltərə Premyer Liqasına qayıtmaq ehtimalı barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, tanınmış alman mütəxəssis bu barədə “The Diary of a CEO” adlı YouTube kanalına müsahibəsində danışıb:

“Mən demişdim ki, İngiltərədə heç vaxt başqa komandaları çalışdırmayacam. Deməli, qayıdış olsa, bu yalnız ‘Liverpul’a ola bilər. Nəzəri cəhətdən bu mümkündür,” – deyə Klopp bildirib.

Xatırladaq ki, Yurgen Klopp 2015–2024-cü illər ərzində “Liverpul”u çalışdırıb. Onun rəhbərliyi altında mersisayd təmsilçisi 2019/2020 mövsümündə İngiltərə Premyer Liqasının, həmçinin 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub.

Hazırkı mövsümdə Premyer Liqada 8 turdan sonra “Liverpul” 15 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi