- İngiltərə P.L.
- 12:43 04.12.2025
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp braziliyalı futbolçu Filipp Koutinyonun 2018-ci ildə “Barselona”ya transferi ilə bağlı emosiyalarını bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, məşhur mütəxəssis bu barədə "The Diary of a CEO" adlı “YouTube” kanalına müsahibəsində danışıb:
“Onu satdığımız gün fikrim bu deyildi: ‘Əla, indi çox pul qazandıq’. Xeyr… Mən 10 il daha bir yerdə işləmək istədiyim futbolçunu itirdim!”
Filipp Koutinyo 2018-ci ilin yanvarında “Liverpul”dan “Barselona”ya 135 milyon avro qarşılığında transfer olunmuşdu. Braziliyalı yarımmüdafiəçi Kataloniya klubunda 2022-ci ilədək çıxış edib və bu müddətdə komanda ilə beş titul qazanıb.
Hazırda 32 yaşlı futbolçu Braziliyanın “Vasko da Qama” klubunun formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.