21 mart 2026. Şənbə

“Mançester Siti”nin azarkeşi oyundan öncə faciəvi şəkildə həlak oldu


“Mançester Siti”nin azarkeşi oyundan öncə faciəvi şəkildə həlak oldu

İngiltərənin “Mançester Siti” klubunun azarkeşi İspaniyada, komandası ilə “Vilyarreal” arasında keçirilən Çempionlar Liqasının ümumi mərhələsinin III tur oyununa (2:0) təsadüf edən gün dünyasını dəyişib.

90deqiqe.Az xəbər verir ki, "şəhərlilər" fanatın vəfatı ilə bağlı başsağlığı açıqlayıb.

“Biz “Siti” azarkeşi Qay Bredşonun vəfatı xəbərindən dərin kədər duyuruq. O, komandamızın ötən axşam “Vilyarreal”la oyunu ərəfəsində İspaniyada faciəvi şəkildə həyatını itirib.

Klubun bütün üzvləri bu ağır zamanda onun ailəsinə, yaxınlarına və azarkeşlərə dərin hüznlə başsağlığı verir. Bir dəfə “mavi”, hər zaman “mavi””, – deyə klubun sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib.

Qeyd edək ki, “Mançester Siti” növbəti turda 5 noyabr tarixində Almaniyada Dortmundun “Borussiya” komandası ilə qarşılaşacaq.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər