12 dekabr 2025. Cümə

Slotdan “Liverpul” azarkeşlərini narahat edən açıqlama


Slotdan “Liverpul” azarkeşlərini narahat edən açıqlama

“Liverpul” Premyer Liqanın IX turunda “Brentford”la qarşılaşma öncəsi ciddi itkilərlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot klubun rəsmi saytına verdiyi açıqlamada bir neçə əsas oyunçunun zədələndiyini təsdiqləyib.

“Frimponqun vəziyyəti yaxşı deyil, o, nə sabah, nə də gələn həftə oynayacaq. Dizaltı əzələsində problem var və bərpa müddəti bir qədər uzun olacaq.
İsakın durumu bir az daha yaxşıdır, amma onun meydana çıxması sual altındadır. Qravenberxin də zədəsi tam sağalmayıb — o, Frankfurt səfərinə aparılmamışdı. Həftəsonu durumuna baxacağıq.Alison isə matçın iştirak ərizəsinə daxil edilməyəcək. Onun bərpası bir qədər çox çəkəcək.”

Qeyd edək ki, oyun oktyabrın 25-də “Gtech Community” stadionunda keçiriləcəyi bildirilir. Frimpong və İsak “Liverpul”un Çempionlar Liqasının III turunda “Ayntraxt” üzərində 5:1 hesablı qələbə qazandığı oyunun ilk hissəsində zədə alıblar. Qravenberx topuğunun burxulması səbəbindən həmin görüşü buraxıb. Qapıçı Alison isə “Qalatasaray”la matçda aldığı zədədən sonra hələ meydana çıxmayıb.







İngiltərə P.L.

“Salah mənə böyük dəstək olub”
  • İngiltərə P.L.
  • 23:52 11.12.2025
“Salah mənə böyük dəstək olub”
"Salah ağılsız davranıb, Slot isə..."
  • İngiltərə P.L.
  • 23:57 09.12.2025
"Salah ağılsız davranıb, Slot isə..."
APL-də ən çox dəyər itirən futbolçular
  • İngiltərə P.L.
  • 22:25 09.12.2025
APL-də ən çox dəyər itirən futbolçular
Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı