9 dekabr 2025. Çərşənbə axşamı

Fernandeş “Mançester Yunayted”də qalmasının səbəbini açıqladı


Fernandeş “Mançester Yunayted”də qalmasının səbəbini açıqladı

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş yayda gəlirli təkliflərə baxmayaraq, İngiltərə klubunda qalma səbəbini açıqlayıb.

90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-İttihad” klublarından gələn təkliflərə baxmayaraq qərarını belə əsaslandırıb:

“Məşqçi mənimlə danışdı və dedi ki, hələ də klubun layihəsinin bir hissəsiyəm. O, mənim qalmağımı istəyirdi. Kluba da eyni sözləri dedilər.

Mən həmişə demişəm ki, əgər klub mənə ‘Brunu, biz pul qazanmaq istəyirik, sən 30 yaşındasan və layihənin gələcəyinə daxil deyilsən’ desəydi, mən öz və ailəm üçün ən yaxşı qərarı tapmalı olardım və gedərdim. Amma vəziyyət belə deyildi.

Mən hiss etdim ki, hələ də klubun planının bir hissəsiyəm və hədəflərə çatmaq üçün kömək edə bilərəm. Elə bu məni qalmağa sövq etdi” 

Hazırkı mövsümdə “Mançester Yunayted” Avrokuboklarda iştirak etmir. İngiltərə Premyer Liqasının 8 turundan sonra “qırmızı şeytanlar” 13 xalla 9-cu pillədə qərarlaşıblar.







İngiltərə P.L.

Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı
“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”