22 iyun 2026. Bazar ertəsi

“Aston Villa” “Mançester Siti”ni məğlub etdi


 “Aston Villa” “Mançester Siti”ni məğlub etdi

İngiltərə Premyer Liqasının IX turunda “Aston Villa” evdə “Mançester Siti”ni 1:0 hesabı ilə üstələyib.

90deqiqe.Az-ın məlumatına görə, oyun “Villa Park” stadionunda baş tutub, baş hakim funksiyasını Maykl Oliver yerinə yetirib.

Matçın yeganə qolunu 19-cu dəqiqədə Metti Keş vurub.

Bu qələbədən sonra “Aston Villa” 15 xalla turnir cədvəlində 7-ci pilləyə, “Mançester Siti” isə 16 xalla 4-cü sıraya yüksəlib.

Növbəti turda “vilanlar” 1 noyabrda səfərdə “Liverpul”la, “şəhərlilər” isə 2 noyabrda evdə “Bornmut”la qarşılaşacaqlar.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər