12 dekabr 2025. Cümə

“Van Deyk və Salah komandaya liderlik edə bilmir”


“Van Deyk və Salah komandaya liderlik edə bilmir”

“Liverpul” Premyer Liqada son dörd oyunu uduzub. İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Mersisayd klubunun liderlərini – müdafiəçi Vircil van Deyk və hücumçu Məhəmməd Salahı sərt tənqid edib.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı keçmiş futbolçusu “The Wayne Rooney Show” podkastında bildirib:

“İndi baş məşqçi və komandadakı liderlər hər şeyi tez başa düşüb düzəltməlidirlər. Van Deyk və Salah yeni müqavilə imzalayıblar, amma məncə, bu mövsüm onlar komandanın həqiqi liderləri olmayıblar. Bədən dili çox şey deyir və görünür ki, hər şey qaydasında deyil. Onlar komandanın ən yaxşı oyunçularıdır və əhval-ruhiyyələri digər oyunçulara təsir göstərir. Əgər mən ‘Liverpul’ azarkeşi olsaydım, bu məni çox narahat edərdi”.

Hazırda “Liverpul” Premyer Liqa cədvəlində 7-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Salibanın durumu hələ dəqiqləşməyib”
  • İngiltərə P.L.
  • 22:09 12.12.2025
“Salibanın durumu hələ dəqiqləşməyib”
“Qabriel Xesus satılmayacaq”
  • İngiltərə P.L.
  • 22:05 12.12.2025
“Qabriel Xesus satılmayacaq”
“Salah mənə böyük dəstək olub”
  • İngiltərə P.L.
  • 23:52 11.12.2025
“Salah mənə böyük dəstək olub”
"Salah ağılsız davranıb, Slot isə..."
  • İngiltərə P.L.
  • 23:57 09.12.2025
"Salah ağılsız davranıb, Slot isə..."
APL-də ən çox dəyər itirən futbolçular
  • İngiltərə P.L.
  • 22:25 09.12.2025
APL-də ən çox dəyər itirən futbolçular