21 mart 2026. Şənbə

Hazard Premyer Liqanın Şöhrət Zalına daxil edilib


Hazard Premyer Liqanın Şöhrət Zalına daxil edilib

“Çelsi” klubunun sabiq futbolçusu Eden Hazard İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytında məlumat verilib.

Belçikalı yarımmüdafiəçi Premyer Liqada yalnız “Çelsi”nin heyətində çıxış edib. O, 2012–2019-cu illər arasında London təmsilçisinin formasını geyinib. Hazard  “zadəganlar”la iki dəfə İngiltərə çempionu olub, həmçinin Liqa Kuboku, ölkə kuboku və iki dəfə Avropa Liqasının qalibi titulunu qazanıb.

Eden Hazard Şöhrət Zalına daxil edilən 26-cı futbolçudur.

Xatırladaq ki, 2024-cü ildə bu siyahıya “Çelsi”nin sabiq müdafiəçiləri Con Terri və Eşli Koul, eləcə də “Mançester Yunayted”in keçmiş hücumçusu Endi Koul əlavə edilib. Daha öncə məşqçilər sırasında “Arsenal”ın sabiq çalışdırıcısı Arsene Venger və “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi ser Aleks Ferqyuson da bu ada layiq görülüblər.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər