29 sentyabr 2026. Çərşənbə axşamı

Premyer Liqada ayın baş məşqçisi kim olacaq? - 4 namizəd müəyyənləşdi


Premyer Liqada ayın baş məşqçisi kim olacaq?   - 4 namizəd müəyyənləşdi

İngiltərə Premyer Liqası oktyabr ayının ən yaxşı baş məşqçisi mükafatına iddialıların adlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, mükafata dörd tanınmış mütəxəssis namizəd göstərilib:

  • Ruben Amorim (“Mançester Yunayted”) — 3 oyunda 3 qələbə, top fərqi +5, komanda 6-cı pillədə;

  • Mikel Arteta (“Arsenal”) — 3 oyunda 3 qələbə, top fərqi +4, lider mövqedə;

  • Unay Emeri (“Aston Villa”) — 3 oyunda 3 qələbə, top fərqi +3, 8-ci yer;

  • Andoni İraola (“Bornmut”) — 3 oyunda 2 qələbə, 1 heç-heçə, top fərqi +4, 2-ci yer.

Azarkeş səsverməsi 3 noyabra qədər davam edəcək. Səsverməyə futbol azarkeşləri ilə yanaşı, ekspertlər də qoşulacaq.







İngiltərə P.L.