9 dekabr 2025. Çərşənbə axşamı

"Liverpul”a qarşı oynamaq həmişə çətindir, amma..."


"Liverpul”a qarşı oynamaq həmişə çətindir, amma..."

“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının növbəti turunda “Liverpul”la keçiriləcək oyun barədə fikirlərini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis son oyunlarda uğursuz nəticələrə baxmayaraq, rəqib komandanın gücünə hörmət etdiyini vurğulayıb:

“Liverpul”a böyük hörmətim var. Bəli, onların hazırda nəticələri istədikləri səviyyədə deyil, amma baş məşqçiləri artıq öz səviyyəsini və təcrübəsini sübut edib. Keçən mövsüm çox güclü çıxış etdilər və Premyer Liqanı qazandılar. Bu il daha da güclü heyətə malikdirlər, sadəcə adaptasiya mərhələsindədirlər. Bir qədər vaxt lazımdır ki, yenidən öz güclərini tapsınlar” 

Mütəxəssis, həmçinin “Enfild”də çətin oyun gözlədiyini qeyd edib:

“Onların meydanında nəsə əldə etmək çox çətin olacaq. Biz taktiki və fərdi baxımdan maksimum səviyyədə çıxış etməliyik. Ən əsası, soyuqqanlı olmalıyıq.”

Qeyd edək ki, “Liverpul” – “Aston Villa” oyunu noyabrın 1-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







İngiltərə P.L.

Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı
“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”