21 mart 2026. Şənbə

“Mançester Yunayted” “Nottinqem Forest”lə oyunda xal itirdi


“Mançester Yunayted” “Nottinqem Forest”lə oyunda xal itirdi

İngiltərə Premyer Liqasının X turunda “Nottinqem Forest” öz meydanında “Mançester Yunayted”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,“City Ground” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

Matçın 34-cü dəqiqəsində Kazemiro qonaqları hesabda önə çıxarıb. İkinci hissənin əvvəlində meydan sahibləri təşəbbüsü ələ alıblar – əvvəlcə Moran Qibbs-Vayt 48-ci dəqiqədə bərabərlik qolunu vurub, daha sonra Nikolo Savona 50-ci dəqiqədə komandasını önə keçirib.

Lakin Amad Diallo 81-ci dəqiqədə “qırmızı şeytanlar”ı məğlubiyyətdən xilas edib və oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:2.

Bu nəticədən sonra “Nottinqem Forest” 6 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 17 xal toplayaraq beşinci yerdədir.

Növbəti turda “Forest” 9 noyabrda “Lids Yunayted”lə, “Yunayted” isə 8 noyabrda səfərdə “Tottenhem”lə qarşılaşacaq.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər