9 noyabr 2025. Bazar günü

“Bu qolu çox gözləyirdim nəhayət ki, bacardım!”


“Bu qolu çox gözləyirdim nəhayət ki, bacardım!”

“Çelsi”nin hücumçusu Joao Pedro İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem”ə qarşı oyunda (1:0) vurduğu qol barədə danışıb.  

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“Bu qola ehtiyacım var idi, çünki uzun müddətdir fərqlənə bilmirdim. Komanda məndən qollar gözləyirdi. Bu gün bacardım və çox xoşbəxtəm. Mən həmişə komandaya kömək etməyə çalışıram — istər qol vurasan, istər ötürmə verəsən. Əgər yaxşı oynasam, qollar da gələcək. Əsas məsələ oyunları qazanmaqdır. Qol vurmaq üçün çox imkanım oldu, amma gördüyünüz kimi, komanda yoldaşlarım üçün də epizodlar hazırladım. Mənim məqsədim hər zaman komanda üçün oynamaqdır”, — deyə Pedro klubun rəsmi saytına bildirib.

Bu top avqust ayından bəri braziliyalının ilk qolu olub və komandasına qələbə qazandırıb. 10 turdan sonra “Çelsi” 17 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Tottenhem” isə eyni xalla 4-cü yerdədir.







İngiltərə P.L.

“O, dahidir və bunu haqq edir”
  • İngiltərə P.L.
  • 15:43 08.11.2025
“O, dahidir və bunu haqq edir”
"Fernandeş rotasiyaya hazır olmalıdır"
  • İngiltərə P.L.
  • 15:24 08.11.2025
"Fernandeş rotasiyaya hazır olmalıdır"
“Hazırda ən yaxşı formamdayam”
  • İngiltərə P.L.
  • 15:09 08.11.2025
“Hazırda ən yaxşı formamdayam”