8 noyabr 2026. Bazar günü

Liverpul və Çelsi'dən qələbə, Mançester Siti büdrədi


Liverpul və Çelsi'dən qələbə, Mançester Siti büdrədi

İngiltərə Premyer Liqasında 5-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, açılış oyununda “Liverpul” öz doğma meydanında “Nyukasl”ı qəbul edib və inamlı qələbə qazanıb.

“Mançester Yunayted” öz meydanında “Lester”lə üz-üzə gəlib və minimal hesablı qələbəyə sevinib. “Mançester Siti” isə “Norviç”lə qarşılaşmada gözlənilməz şəkildə məğlub olub.

Mövsümə uğursuz başlayan “Çelsi” səfərdə “Vulverhempton”un qonağı olub və inamlı qələbə qazanıb. “Tottenhem” də öz meydanında böyükhesablı qələbə qazanıb.


İngiltərə Premyer Liqası

5-ci tur
14 sentyabr

Liverpul – Nyukasl 3:1
Qol: Mane, 28; 40. Salah, 72 – Villems, 7.

Brayton – Bernli 1:1
Qol: Maupay, 51 – Hendrik, 90+1.

Mançester Yunayted – Lester 1:0
Qol: Reşford, 8-pen.

Şeffild Yunayted – Sauthempton 0:1
Qol: Djenepo, 66.

Tottenhem – Kristal Pelas 4:0
Qol: S.H.Min, 10; 23. Aanholt, 21-öz qapısına. Lamela, 42.

Vulverhempton – Çelsi 2:5
Qol: Abraham, 69-öz qapısına. Kutrone, 85 – Tomori, 31. Abraham, 34; 41; 55. Mount, 90+6.

Norviç – Mançester Siti 3:2
Qol: Maklin, 18. Kantuell, 28. Pukki, 50 – Aquero, 45. Rodri, 88







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”