8 noyabr 2025. Şənbə

“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq"


“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq"

“Mançester Yunayted”in sabiq hücumçusu Kriştiano Ronaldo komandasının İngiltərə Premyer Liqasını qazanmaq şanslarını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduzun sözlərinə görə, hazırkı mövsümdə “qırmızı şeytanlar” çempionluq uğrunda mübarizədən uzaq qalıb:

‘Mançester Yunayted’ bu mövsüm Premyer Liqanı qazanmayacaq. Onlar çox xal itiriblər və geri qalıblar. Komandada yaxşı futbolçular var, amma onların çoxu klubun nə demək olduğunu anlamır,” — deyə Ronaldo jurnalist Pirs Morqana müsahibəsində bildirib.

Qeyd edək ki, 10 turdan sonra Ruben Amorimin rəhbərlik etdiyi “Mançester Yunayted” 17 xal toplayaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan 8 xal geridə qalır. Mançester təmsilçisi növbəti turda noyabrın 8-də “Tottenhem”lə qarşılaşacaq.







İngiltərə P.L.

“O, dahidir və bunu haqq edir”
  • İngiltərə P.L.
  • 15:43 08.11.2025
“O, dahidir və bunu haqq edir”
"Fernandeş rotasiyaya hazır olmalıdır"
  • İngiltərə P.L.
  • 15:24 08.11.2025
"Fernandeş rotasiyaya hazır olmalıdır"
“Hazırda ən yaxşı formamdayam”
  • İngiltərə P.L.
  • 15:09 08.11.2025
“Hazırda ən yaxşı formamdayam”
“Ferqyuson həmişə qəlbimdə qalacaq”
  • İngiltərə P.L.
  • 23:28 06.11.2025
“Ferqyuson həmişə qəlbimdə qalacaq”