- İngiltərə P.L.
- 12:43 04.12.2025
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 11-ci turunda "Liverpul"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, bu görüş ispan mütəxəssisin məşqçilik karyerasında 1000-ci oyun olacaq.
Qvardiola öz açıqlamasında uzun illərin zəhmətindən və futbola bağlılığından danışıb:
“Əzmkarlıq, ehtiras və sevgidə məni heç kim geridə qoya bilməz. “Barselona”, “Bavariya” və “Mançester Siti” ilə inanılmaz uğurlara imza atmışıq. Bu səviyyəyə çatmaq çox çətindir. Əgər hər şeyə yenidən başlasaydım, yəqin ki, buna nail ola bilməzdim – artıq çox oyun keçirmişəm,” – deyə Qvardiola bildirib.
Məşqçi əlavə edib ki, qarşıdakı görüşdə komandası qələbə seriyasını davam etdirmək niyyətindədir:
“Ümid edirəm, bazar günü də qalib gələ biləcəyik. Bəlkə də bu, təvazökarlıq kimi səslənmir, amma etiraf etməliyəm ki, hər 10 oyundan yeddisində qalib gəlirik, bir və ya ikisində isə heç-heçə oynayırıq.”
Qeyd edək ki, “Mançester Siti” – “Liverpul” matçı Premyer Liqanın 11-ci turunun mərkəzi qarşılaşması olacaq.