21 mart 2026. Şənbə

“Mançester Yunayted”in baş məşqçisi azarkeşin “saç vədi”nə cavab verdi


“Mançester Yunayted”in baş məşqçisi azarkeşin “saç vədi”nə cavab verdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun azarkeşi Frenk İlletin maraqlı vədiyə dair sualını cavablandırıb.  

90deqiqe.Az-ın "Men in Blazers" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis bu barədə zarafatla belə deyib:

“Ah, bilmirəm! Nə vaxtsa o, saçını kəsəcək. Amma nə vaxt — bunu demək çətindir. Gəlin əvvəlcə növbəti oyunu qazanaq, sonra görərik. Açığı, mən ümid edirəm ki, o, mümkün qədər tez saçını kəsə biləcək”

Qeyd edək ki, azarkeş daha əvvəl söz vermişdi ki, komanda ardıcıl beş qələbə qazanmayınca saçını kəsməyəcək.İngiltərə Premyer Liqasının 10-cu turunda “Nottingem Forest”lə 2:2 hesablı bərabərlikdən əvvəl “Mançester Yunayted” ardıcıl üç qələbə qazanmışdı.“Qırmızı şeytanlar” bu müddətdə “Brayton”u (4:2), “Liverpul”u (2:1) və “Sanderlend”i (2:0) məğlub edib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər