9 dekabr 2025. Çərşənbə axşamı

Qvardiola 1000-ci dəfə baş məşqçi kimi meydana çıxıb


Qvardiola 1000-ci dəfə baş məşqçi kimi meydana çıxıb

İngiltərə Premyer Liqasının XI turunda “Mançester Siti” və “Liverpul” komandaları üz-üzə gəlir.

90deqiqe.Az xəbər verir ki, hazırda hesab 3:0 “şəhərlilər”in xeyrinədir. Bu görüş “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçi karyerasında 1000-ci matçıdır.

Qvardiola əvvəllər “Barselona” və “Bavariya” klublarında da çalışıb. Kataloniyalı mütəxəssis “Barselona” ilə üç dəfə La Liqa çempionu, iki dəfə ölkə kuboku, üç dəfə isə Superkubok qazanıb. Həmçinin o, “Barselona” ilə iki dəfə UEFA Çempionlar Liqasını, iki Superkuboku və iki Klublararası Dünya Çempionatını qazanıb.

“Bavariya” ilə Qvardiola üç dəfə Bundesliga çempionu, iki dəfə ölkə kuboku, bir dəfə UEFA Superkuboku və Klublararası Dünya Çempionatını qazandıb. “Mançester Siti” ilə isə o, altı dəfə İngiltərə Premyer Liqasını, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu və üç Superkuboku qazanıb. Bundan əlavə, “şəhərlilər” ilə UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klub Dünya Çempionatını da qazanıb.







İngiltərə P.L.

Hin Min Sonu şantaj edən qadın həbs edildi
  • İngiltərə P.L.
  • 23:53 08.12.2025
Hin Min Sonu şantaj edən qadın həbs edildi
“Biz ona güvənirik”
  • İngiltərə P.L.
  • 23:26 08.12.2025
“Biz ona güvənirik”
Pirs Morgan Salahı müsahibəyə çağırdı
  • İngiltərə P.L.
  • 22:58 08.12.2025
Pirs Morgan Salahı müsahibəyə çağırdı
“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”