8 noyabr 2026. Bazar günü

"Həftənin əvvəlində yaxşı idik, amma..."


"Həftənin əvvəlində yaxşı idik, amma..."

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 11-ci turunda “Mançester Siti”yə 0:3 hesabı ilə məğlubiyyətdən sonra komanda ruhu barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“Əlbəttə, hamı məyusdur. Həftənin əvvəlində vəziyyət çox yaxşı idi: ‘Aston Villa’ və ‘Real’a qarşı qələbələr qazandıq. Amma əgər siz düşünürdünüz ki, artıq iki güclü rəqiblə oynadınız, ‘Mançester Siti’ tam başqa səviyyədir, ‘Etihad’da səfərdə oynamaq çox çətindir. Bu, hər komanda üçün çətindir, bizim üçün də belə oldu. Onlar ilk yarıda bizdən çox üstün idi”

Hazırda “Liverpul” 11 turdan sonra 18 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”