3 mart 2026. Çərşənbə axşamı

“Mançester Siti" heç vaxt "Mançester Yunayted"dən böyük olmayacaq”


“Mançester Siti" heç vaxt "Mançester Yunayted"dən böyük olmayacaq”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager İngiltərə futbolunun ən böyük qarşıdurmalarından danışıb.

90deqiqe.Az “Daily Mail”ə istinadən xəbər verir ki, veteran futbolçu “Liverpul”un rəqibləri olan “Mançester Yunayted” və “Mançester Siti” arasındakı fərqləri vurğulayıb.

“Mançester Siti” heç vaxt “Mançester Yunayted”dən böyük olmayacaq. Eyni zamanda, “Liverpul” – “Mançester Siti” oyunu heç vaxt “Liverpul” – “Mançester Yunayted” qarşılaşması qədər maraq doğurmayacaq. Bu, sadəcə, mümkün deyil. Tarixi baxımdan “Liverpul” və “Mançester Yunayted” bu ölkənin ən böyük iki komandası olublar və düşünmürəm ki, bu, heç vaxt dəyişsin”

Onun sözlərinə görə, sonradan güclənən komandaların bu səviyyəyə çatması olduqca çətindir:

“Sonradan önə çıxan komandalar üçün bu, demək olar ki, mümkünsüzdür. “Siti” qələbə seriyasını davam etdirərək daha çox titul qazana bilər, xüsusilə də “Yunayted” əvvəlki diqqətini itirərsə. Amma yenə də təsəvvür etmək çətindir ki, bu ölkədə hansısa klub “Liverpul” və ya “Mançester Yunayted”dən daha böyük status qazansın.”







İngiltərə P.L.

"Ürəyim az qala dayanacaqdı"
  • İngiltərə P.L.
  • 23:57 02.03.2026
"Ürəyim az qala dayanacaqdı"
“Məhz qələbə üçün oynayırıq”
  • İngiltərə P.L.
  • 23:55 02.03.2026
“Məhz qələbə üçün oynayırıq”
"Zidan çox yaxşı idi"
  • İngiltərə P.L.
  • 23:48 02.03.2026
"Zidan çox yaxşı idi"
London derbisində "Arsenal" qələbə qazandı
  • İngiltərə P.L.
  • 22:33 01.03.2026
London derbisində "Arsenal" qələbə qazandı
"Mançester Yunayted"dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 20:16 01.03.2026
"Mançester Yunayted"dən inamlı qələbə