- İngiltərə P.L.
- 12:43 04.12.2025
“Vulverhempton” klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" "sükan arxasna" Rob Edvardsı gətirilib.
42 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalanıb.
Edvards son olaraq “Midlsbro”da çalışıb. Daha əvvəl o, üç il “Luton Taun”u çalışdıraraq komandayı Premyer Liqaya çıxarmışdı. Qeyd edək ki, Edvards 2016 və 2018-2019-cu illərdə artıq “Vulverhempton” sistemində fəaliyyət göstərib.
Hazırda “canavarlar” Premyer Liqada sonuncu pillədədir. Komandanın cari mövsümdə hələ qələbəsi yoxdur, yalnız 2 xalı, 7 vurulmuş və 25 buraxılmış qolu var. Onlar 17-ci pillə ilə 8 xal fərqi ilə geri qalırlar.