12 sentyabr 2026. Şənbə

“Bizim fokusumuz hər oyunu qazanmaqdır”


“Bizim fokusumuz hər oyunu qazanmaqdır”

“Arsenal”ın hücum yarımmüdafiəçisi Bukayo Saka komandanın çempionluq şansları barədə danışıb. 

90deqiqe.Az xəbər verir ki, “talkSPORT” ingilis futbolçunun dediklərini belə çatdırıb.

“Çempionluq şanslarımız? Bunu başqaları müzakirə etsin. Bizim məqsədimiz hər oyunu qazanmaqdır və meydana da elə bu əhval-ruhiyyə ilə çıxırıq. Nəticəsinin nə olacağını isə görəcəyik. İnsanların dediklərinə əsir düşmək olmaz. Bu gün birini, sabah başqa birini deyirlər. Mən artıq demişdim ki, insanların fikirləri dəyişkəndir, hava kimi. Ən önəmlisi isə dəstəxana: biz nə qədər birik, təməlimiz necədir və özümüzə inamımız. Xarici səs-küyə fikir verə bilmərik”

Qeyd edək ki, hazırda “kanonirlər” Premyer Liqada lider mövqedədir. “Arsenal” İngiltərə çempionu titulunu sonuncu dəfə 2003/2004 mövsümündə qazanıb.







İngiltərə P.L.

Emeridən Qarnaço ilə bağlı açıqlama
  • İngiltərə P.L.
  • 23:28 11.09.2026
Emeridən Qarnaço ilə bağlı açıqlama
“Bu, bizim üçün çox vacibdir”
  • İngiltərə P.L.
  • 02:47 10.09.2026
“Bu, bizim üçün çox vacibdir”
“Çelsi” “Lids”ə aman vermədi
  • İngiltərə P.L.
  • 01:28 10.09.2026
“Çelsi” “Lids”ə aman vermədi
“Tottenhem”in yeni transferi zədələndi
  • İngiltərə P.L.
  • 22:08 09.09.2026
“Tottenhem”in yeni transferi zədələndi