- İngiltərə P.L.
- 12:43 04.12.2025
“Aston Villa”nın müdafiəçisi Metti Keş digər klublardan təkliflər aldığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Legia.net” futbolçunun dediklərini belə çatdırıb.
“İngiltərə Premyer Liqasından və digər klublardan bir neçə təklifim oldu. Amma mən ‘Aston Villa’da qalmaq istədim. Burada xoşbəxtəm, inkişaf edirəm. Çempionlar Liqasında oynadıq və hələ də Avrokuboklarda çıxış edirik. ‘Villada’ 200-cü oyunum üçün yalnız 5 oyun qalıb. Hələ burada çatmaq istədiyim məqsədlərim var. Dörd ildən sonra isə ‘Legiya’ya keçəcəyəm”
Qeyd edək ki, oktyabrın sonunda Matti Keş “Aston Villa” ilə müqaviləsini 2029-cu ilin ortalarına qədər uzadıb. Keş Polşa milli komandasının üzvüdür və bütün karyerasını İngiltərədə keçirir.