5 dekabr 2025. Cümə

“Hələ "Arsenal"dan ayrılmaq barədə düşünmürəm”


“Hələ "Arsenal"dan ayrılmaq barədə düşünmürəm”

“Arsenal”ın hücumçusu Qabriel Xesus Londonda qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.  

90deqiqe.Az xəbər verir ki, “Sky Sports” 28 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Heç vaxt digər klublarla əlaqə saxlamamışam. Mənim arzularım gələcəkdə “Palmeyras”a qayıtmaqdır, klubun da məqsədi məni geri gətirməkdir. Hiss etdiyim zaman bu qərarı “Arsenal”la birgə verəcəyəm. Amma indi söhbət 9 ay yarım oynamamış və komandaya qayıtmağa çalışan bir oyunçudan gedir, jurnalistlər isə əsassız fikir yürüdürlər”.

Daha əvvəl braziliyalının 2026-cı il dünya çempionatında iştirak şansını artırmaq üçün ölkəsinə — “Palmeyras”a qayıda biləcəyi iddia olunurdu.

Qeyd edək ki, Xesus 2025-ci ilin yanvar ayından dizdəki ön çarpaz bağının qırılması səbəbindən bərpa prosesindədir. O, “Arsenal”da 2022-ci ilin yayından çıxış edir və bu müddət ərzində bütün turnirlərdə 96 matçda 26 qol və 20 məhsuldar ötürmə ilə fərqlənib. Futbolçunun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, Jezusun bazar dəyəri 25 milyon avrodur.







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə