21 mart 2026. Şənbə

Şeşko “Everton”a qarşı oynamayacaq


Şeşko “Everton”a qarşı oynamayacaq

"Mançester Yunayted"in hücumçusu Benyamin Şeşko zədəyə görə Premyer Liqanın 12-ci turunda "Everton"a qarşı keçiriləcək oyunda meydana çıxmayacaq.

 90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, sloveniya millisinin üzvü "Kristal Pelas"la görüşü də buraxa bilər.

Məlumata əsasən, ən yaxşı halda forvard dekabr ayında yaşıl meydanlara qayıda bilər. Futbolçu dizindən aldığı zədəni "Tottenhem"lə matçda (2:2) qeydə alıb. Şeşko bundan əvvəl 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində Sloveniya yığmasının oyunlarını da zədə səbəbindən buraxmışdı.

Bu mövsüm Benyamin Şeşko bütün turnirlər daxil olmaqla "Mançester Yunayted"in heyətində 12 matça çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər