8 noyabr 2026. Bazar günü

“Brentford”un yarımmüdafiəçisi əməliyyat olunacaq


“Brentford”un yarımmüdafiəçisi əməliyyat olunacaq

“Brentford” klubu hücum yarımmüdafiəçisi Fabiu Karvalyunun mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu dizinin ön çapraz bağını zədələyib və cərrahi əməliyyat üçün hazırlığa başlayıb.

Portuqaliyalı oyunçu 2024-cü ilin yayında “Liverpul”dan “Brentford”a keçib. Bu mövsüm Karvalyu 9 oyuna çıxaraq 3 qol vurub.

11 turun ardından “Brentford” Premyer Liqada 12-ci yerdə qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”