8 noyabr 2026. Bazar günü

“Alisson sabah meydana çıxa bilər”


“Alisson sabah meydana çıxa bilər”

“Liverpul”un qapıçısı Alisson komandaya qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot mətbuat konfransında məlumat verib.

 “Alisson keçən həftə və bu həftə məşq edib, buna görə də sabah oynaya bilər, əgər bu gün hər şey qaydasında keçsə. Əgər hazır olarsa, start heyətdə meydana çıxacaq.”

Qeyd edək ki, braziliyalı qapıçı sentyabrın son günündə İstanbulda “Liverpul”un “Qalatasaray”a 0:1 hesabı ilə uduzduğu oyunda zədələnmişdi. O, komandası üçün müxtəlif turnirlərdə səkkiz oyunu buraxmışdı. Noyabrın 22-də “Liverpul” Premyer Liqada “Nottingem Forest”ı qəbul edəcək.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”