12 mart 2026. Cümə axşamı

“Liverpul” evdə “Nottingem Forest”ə uduzdu


“Liverpul” evdə “Nottingem Forest”ə uduzdu

İngiltərə Premyer Liqasının XII turunda “Liverpul” öz meydanında “Nottingem Forest”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Forest”in qollarını 33-cü dəqiqədə Murilo, 46-cı dəqiqədə Nikolo Savona və 78-ci dəqiqədə Morqan Qibbs-Uayt vurublar.

Bu nəticədən sonra “Liverpul” 18 xalla turnir cədvəlinin 11-ci pilləsinə düşüb. “Nottingem Forest” isə 12 xalla 16-cı sırada qərarlaşıb.

Növbəti turda “Liverpul” 30 noyabrda səfərdə “Vest Hem”lə qarşılaşacaq. Elə həmin gün “Forest” doğma meydanda “Brayton”u qəbul edəcək.







İngiltərə P.L.

"Nyukasl" onu buraxmaq istəmir
  • İngiltərə P.L.
  • 13:21 12.03.2026
"Nyukasl" onu buraxmaq istəmir
"Delap özünəinamdan məhrumdur"
  • İngiltərə P.L.
  • 23:49 10.03.2026
"Delap özünəinamdan məhrumdur"