7 aprel 2026. Çərşənbə axşamı

"Liverpul" "Lester"in ən pis rekordunu təkrarladı


"Liverpul" "Lester"in ən pis rekordunu təkrarladı

İngiltərə Premyer Liqasının XII turunda “Liverpul” evdə “Nottingem Forest”a 0:3 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın "OptaJoe"yə istinadən məlumatına görə, “Liverpul” İngiltərə çempionu kimi ilk 12 turda altı dəfə uduzan dördüncü klub oldu. Bu göstərici əvvəllər yalnız “Blekbern” (1995/96), “Çelsi” (2015/16) və “Lester”də (2016/17) müşahidə olunub.

Hazırda “Liverpul” 18 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb və liderdən səkkiz xal geri qalır. Növbəti turda Arne Slotun komandası səfərdə “Vest Hem”lə qarşılaşacaq.







İngiltərə P.L.