20 yanvar 2026. Çərşənbə axşamı

“Qapıçıya bu cür toxunuş əvvəllər qayda pozuntusu sayılırdı”


“Qapıçıya bu cür toxunuş əvvəllər qayda pozuntusu sayılırdı”

“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş Premyer Liqada “Nyukasl”a 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra fikirlərini bildirib. 

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" portuqaliyalı futbolçunun dediklərini belə çatdırıb.

“Əvvəllər qapıçıya bu cür toxunuş qayda pozuntusu kimi qiymətləndirilirdi, indi isə görünür, icazəlidir. Bəziləri deyə bilər ki, mən bəhanə axtarıram, amma belə deyil. “Nyukasl” daha yaxşı idi və qələbəni haqq etdi, çünki imkanlarından maksimum yararlandı. Sadəcə istəyərdim ki, bu cür epizodlarda qaydalar daha dəqiq olsun”

Portuqaliyalı futbolçu komandasının yeganə qoluna 68-ci dəqiqədə imza atıb. Oyunun əsas qəhrəmanı isə dubl edən Harvi Barns olub.

“Mançester Siti” hazırda turnir cədvəlində lider “Arsenal”dan 4 xal geri qalır. Üstəlik, “topçular”ın bir oyunu da ehtiyatdadır.







İngiltərə P.L.

"Nottingem Forest" bir xala layiq idi"
  • İngiltərə P.L.
  • 12:35 18.01.2026
"Nottingem Forest" bir xala layiq idi"
"Biz azarkeşlərə sevinc bəxş etdik"
  • İngiltərə P.L.
  • 09:28 18.01.2026
"Biz azarkeşlərə sevinc bəxş etdik"
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 03:12 18.01.2026
“Liverpul” evdə xal itirdi
“Çelsi”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 03:09 18.01.2026
“Çelsi”dən inamlı qələbə
“Arsenal” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 23:46 17.01.2026
“Arsenal” səfərdə xal itirdi