7 may 2026. Cümə axşamı

“Aston Villa” səfərdə “Lids”i məğlub etdi


“Aston Villa” səfərdə “Lids”i məğlub etdi

İngiltərə Premyer Liqasının XII turunda “Lids Yunayted” öz meydanında “Aston Villa”nı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Elland Road” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib. 

“Lids”in oyunçu Lukas Nmeça matçın 8-ci dəqiqəsində hesabı açıb. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Morqan Rocers tarazlıq yaradıb, 75-ci dəqiqədə isə dubla imza ataraq “Aston Villa”ya qələbə qazandırıb.

Bu nəticədən sonra “Lids Yunayted” 11 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Aston Villa” isə 21 xalla dördüncü sırada yer alır.

Növbəti turda “Lids” noyabrın 29-da səfərdə “Mançester Siti” ilə qarşılaşacaq. “Aston Villa” isə noyabrın 30-da “Vulverhempton”u qəbul edəcək.







İngiltərə P.L.