14 may 2026. Cümə axşamı

Pol Skoulz “Liverpul”un uğursuzluğunun səbəbini açıqladı


Pol Skoulz “Liverpul”un uğursuzluğunun səbəbini açıqladı

İngiltərə millisinin sabiq futbolçusu Pol Skoulz “Liverpul”un cari mövsümdə yaşadığı geriləmənin qeyri-adi səbəbini göstərib.  

90deqiqe.Az-ın məlumatına görə, Skoulz bildirib ki, komandanın enişi ötən mövsümün sonunda başlayıb:

“Hamısı keçən mövsümün sonlarına yaxın başladı – xatırlayırsınız, onlar çempion olanda? Geriləmə İbizaya getdikləri vaxt başladı. Arne Slot isə orada didjeylik edirdi. Məncə, bu, yolverilməzdir”, – deyə o, "The Good, The Bad and The Football" podkastında söyləyib.

Arne Slotun komandası son 11 oyunun səkkizində məğlub olub.Premyer Liqanın 12 turundan sonra “Liverpul” 18 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda çərşənbə günü Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda PSV ilə qarşılaşacaq.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi