20 yanvar 2026. Çərşənbə axşamı

“Amorim yeni oyunçularla eyni uğuru göstərə bilməz”


“Amorim yeni oyunçularla eyni uğuru göstərə bilməz”

“Arsenal”ın sabiq futbolçusu və ekspert Pol Merson Premyer Liqanın XIII turunda “Kristal Pales” və “Mançester Yunayted” arasında keçiriləcək oyuna dair fikirlərini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Sportskeeda” Mersonun dediklərini belə çatdırıb.

“Məncə, “Mançester Yunayted” ötən həftə böyük sürpriz etdi. “Everton”la oyunda 10 nəfərlə qalmışdılar, amma yenə də qolu vurub qalib gəldilər. Bu, Ruben Amorim rəhbərliyində komandanın çox zəif çıxışıdır. Əgər “Yunayted” yeni baş məşqçi axtarırsa, onlar “Kristal Pales”in çalışdırıcısı Oliver Glasnerə baxmalıdırlar. O, Amorimlə eyni sistemdə oynayır, amma Qlasnerin oyunçuları bu sistemə uyğun gəlir, Amorimdə isə yox. O, bir modelə bağlı qalmaqda çox inadkardır”

Ekspertin fikrincə, görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşacaq.

Qeyd edək ki, oyun noyabrın 30-da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.







İngiltərə P.L.

"Nottingem Forest" bir xala layiq idi"
  • İngiltərə P.L.
  • 12:35 18.01.2026
"Nottingem Forest" bir xala layiq idi"
"Biz azarkeşlərə sevinc bəxş etdik"
  • İngiltərə P.L.
  • 09:28 18.01.2026
"Biz azarkeşlərə sevinc bəxş etdik"
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 03:12 18.01.2026
“Liverpul” evdə xal itirdi
“Çelsi”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 03:09 18.01.2026
“Çelsi”dən inamlı qələbə
“Arsenal” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 23:46 17.01.2026
“Arsenal” səfərdə xal itirdi