20 yanvar 2026. Çərşənbə axşamı

“Mançester Siti”dən çətin qələbə


“Mançester Siti”dən çətin qələbə

İngiltərə Premyer Liqasının XIII turunda “Mançester Siti” doğma meydanda “Lids Yunayted”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. 

Oyunun ilk dəqiqəsində Fil Foden hesabı açaraq “şəhərlilər”ə erkən üstünlük qazandırıb. 25-ci dəqiqədə Yoşko Qvardiol fərqi iki topa yüksəldib. Qonaqlar ikinci hissədə dirəniş göstəriblər: 49-cu dəqiqədə Dominik Kalvert-Lyuin bir qolu geri qaytarıb, 68-ci dəqiqədə Lukas Nmeça hesabı bərabərləşdirib. Matçın taleyini isə 90+1-ci dəqiqədə Fodenin ikinci qolu həll edib.

Qələbə sayəsində “Mançester Siti” 25 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 11 xalı olan “Lids Yunayted” isə 18-ci yerdədir.

Növbəti turda “Mançester Siti” dekabrın 2-də səfərdə “Fulhem”lə qarşılaşacaq. “Lids” isə dekabrın 3-də öz meydanında “Çelsi”ni qəbul edəcək.







İngiltərə P.L.

"Nottingem Forest" bir xala layiq idi"
  • İngiltərə P.L.
  • 12:35 18.01.2026
"Nottingem Forest" bir xala layiq idi"
"Biz azarkeşlərə sevinc bəxş etdik"
  • İngiltərə P.L.
  • 09:28 18.01.2026
"Biz azarkeşlərə sevinc bəxş etdik"
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 03:12 18.01.2026
“Liverpul” evdə xal itirdi
“Çelsi”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 03:09 18.01.2026
“Çelsi”dən inamlı qələbə
“Arsenal” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 23:46 17.01.2026
“Arsenal” səfərdə xal itirdi