7 may 2026. Cümə axşamı

“Mançester Yunayted”dən inamlı qələbə


 “Mançester Yunayted”dən inamlı qələbə

İngiltərə Premyer Liqasının 13-cü turunda “Kristal Pelas” və “Mançester Yunayted” qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Selhurst Park” stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesab 36-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Jan-Filipp Matetanın penalti zərbəsi ilə açılıb. 54-cü dəqiqədə “Mançester Yunayted”in forvardı Coşua Zirkzee hesabı bərabərləşdirib. 63-cü dəqiqədə Meyson Maunt matçın yekun hesabını müəyyənləşdirib.

Turdan sonra “Kristal Pelas” 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 21 xal toplayan “Mançester Yunayted” isə 6-cı sırada yer alıb.

Növbəti turda “Kristal Pelas” dekabrın 3-də səfərdə “Bernli” ilə qarşılaşacaq. “Mançester Yunayted” isə dekabrın 4-də öz meydanında “Vest Hem”i qəbul edəcək.







İngiltərə P.L.