7 may 2026. Cümə axşamı

London derbisində heç-heçə


London derbisində heç-heçə

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində “Çelsi” doğma meydanda “Arsenal”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Stamford Bridge” stadionunda oynanılan  London derbisi 1:1 hesabı ilə başa çatıb.

38-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Moyses Kaysedo Mikel Merinoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb. Hesabı 48-ci dəqiqədə “Çelsi”nin müdafiəçisi Trevo Çaloba açıb. 59-cu dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino bərabərlik qolunu vurub.

Bu nəticədən sonra Enzo Mareskanın komandası 24 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 30 xal toplayan Mikel Artetanın yetirmələri isə liderliyini qoruyur.

Növbəti turda “Çelsi” dekabrın 3-də “Lids Yunayted”lə qarşılaşacaq. “Arsenal” isə eyni tarixdə “Brentford”un qonağı olacaq.







İngiltərə P.L.