7 may 2026. Cümə axşamı

“Aston Villa” top-3-ə yüksəldi - Emeri tarix yazmaq üzrədir


“Aston Villa” top-3-ə yüksəldi   -  Emeri tarix yazmaq üzrədir

İngiltərə Premyer Liqasının son turunda “Aston Villa” evdə “Vulverhempton”u 1:0 hesabı ilə məğlub edərək top-3-ə yüksəlib.

90deqiqe.Az-ın "Opta"ya istinadən məlumatına görə, bu qələbə Unay Emeri üçün “villalar”la Premyer Liqada 61-ci olub. Heç bir baş məşqçi “Aston Villa” ilə APL-də daha çox qələbə qazanmayıb.

Con Qriqori və Martin O’Neil Emeri ilə eyni göstəriciyə malikdirlər. Emeri  yeni rekord üçün yalnız bir qələbə daha qazanmalıdır və bu imkan 3 dekabrda səfərdə “Brayton”la oyunda yaranacaq.







İngiltərə P.L.