16 avqust 2026. Bazar günü

“Bu davranış yaşadıqlarımın əksidir”


“Bu davranış yaşadıqlarımın əksidir”

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa “Liverpul”la oyunun sonlarında ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub. 

90deqiqe.Az-ın məlumatına görə, braziyalı futbolçu hadisədən sonra sosial şəbəkədə yazıb:

“İki il federasiyadan psixoloji dəstək görmədən həyatımın və karyeramın əziyyət çəkməsi absurddur. Ola bilsin, bu davranış yaşadıqlarımın əksidir və görünür, yenə də yaşamalı olacağam. Üzr istəyirəm, əgər mən ideal deyiləmsə.”

Qeyd edək ki, bir müddət əvvəl Paketa qəsdən vərəqələr alaraq bahis bazarına təsir göstərməkdə ittiham olunmuşdu, lakin bir neçə ay əvvəl futbolçu bəraət alıb.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi