15 yanvar 2026. Cümə axşamı

“Bu gün çox gərgin oyun oldu, komandamla fəxr edirəm”


“Bu gün çox gərgin oyun oldu, komandamla fəxr edirəm”

“Çelsi”nin sağ müdafiəçisi Ris Ceyms “Arsenal”la 1:1 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.

“Hər kəs görür ki, haradayıq və nə uğrunda mübarizə aparırıq. Biz səsimizi ucaltmışıq. Çoxlu müsbət məqamlar var, baxmayaraq ki, qələbə qazana bilmədik. Komandamla fəxr edirəm. Bu gün oyun gərgin keçdi.”

Komandanın kapitanı matçda məhsuldar ötürmə edərək “ən yaxşı oyunçu” adına layiq görülüb. 38-ci dəqiqədən etibarən “Çelsi” azlıqda qalıb – Moyses Kaysedo qırmızı vərəqə ilə meydandan çıxarılıb.

Qeyd edək ki, “Çelsi” 13 turdan sonra Premyer Liqa cədvəlində 24 xalla 3-cü sıradadır, “Arsenal” isə 30 xalla liderliyini qoruyur.







İngiltərə P.L.

“Liverpul” Co Qomeşi qışda satmayacaq
  • İngiltərə P.L.
  • 23:26 14.01.2026
“Liverpul” Co Qomeşi qışda satmayacaq
“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"