16 avqust 2026. Bazar günü

"Kunya komandaya həm hücumda, həm müdafiədə böyük əlavə verəcək"


"Kunya komandaya həm hücumda, həm müdafiədə böyük əlavə verəcək"

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yay transfer pəncərəsində komandaya qoşulan hücumçu Mateus Kunya haqqında danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

"Düşünürəm ki, Kunya hələ də inkişaf edə bilər. O, fərqli klubda, fərqli təzyiq altında olsa da, bunun öhdəsindən çox yaxşı gəlir. Çətinlikləri olub – qol vura bilməməsi və sosial şəbəkələrdə gördükləri ona təsir edib. O, göstəricilər barədə çox düşünürdü. Amma onun komandaya təsiri son dərəcə önəmlidir. Hesab edirəm ki, Kunyə həm hücumda, həm də müdafiədə böyük əlavə verə bilər".

Qeyd edək ki, 26 yaşlı Mateus Kunya“Mançester Yunayted”də 11 oyuna çıxaraq 1 qol vurub.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi