29 iyun 2026. Bazar ertəsi

“Arsenal” evdə “Brentford”u məğlub etdi


“Arsenal” evdə “Brentford”u məğlub etdi

İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal” öz meydanında “Brentford”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Londonun “Emirates” stadionunda baş tutan görüşdə meydan sahiblərini rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Topçular”ın ilk qolunu 11-ci dəqiqədə Mikel Merino vurub. Oyunun taleyini müəyyənləşdirən ikinci qolu isə Bukayo Saka 90+1-ci dəqiqədə qeydə alıb.

Bu qələbədən sonra “Arsenal” 33 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Brentford” isə 19 xalla 13-cü pillədə qərarlaşıb.

Növbəti turda “Arsenal” dekabrın 6-da səfərdə “Aston Villa” ilə qarşılaşacaq. “Brentford” isə həmin gün “Tottenhem”in qonağı olacaq.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər