16 avqust 2026. Bazar günü

Arteta narahatdır


Arteta narahatdır

“Arsenal”ın baş məşqçisi Mikel Arteta, “Brentford”a qarşı 2:0 hesabı ilə qazanılan oyunda zədələnən Kriştian Moskera barədə danışıb.  

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz əvvəlcə Qabriyelini, sonra Salibanı itirdik, indi də Moskera zədələndi. Nə olduğunu dəqiq deyə bilmirik, ehtimal ki, diz və ya dabanla bağlı bir şeydir. Moskera baş verənləri tam izah edə bilmədi, amma oyununu davam etdirə bilmədi”

Qeyd edək ki, 21 yaşlı ispaniyalı müdafiəçi 44-cü dəqiqədə meydana dəyişdirilib.

Xatırladaq ki, “Arsenal”ın əsas müdafiəçiləri Vilyam Saliba və Qabriel Maqalyaynş da zədələr səbəbindən hazırda komandadan kənardadırlar.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi