14 may 2026. Cümə axşamı

“O, bizim üçün çox vacib olacaq”


“O, bizim üçün çox vacib olacaq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta, “Brentford”la keçirilən 14-cü turun matçında ən yaxşı oyunçu seçilən Ben Uaytın oyununu yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis Uaytın düzgün münasibət və müsbət enerjiylə sahədə olduğunu vurğulayıb:

"Onun münasibəti çox düzgün idi, müsbət idi. Aldığı fürsətdən tam yararlandı. Mən çox şadam ki, o, bizə ən yaxşı versiyası ilə qayıtdı. O, bizim üçün çox vacib olacaq, çünki o, inanılmaz bir oyunçudur."

Qeyd edək ki, bu görüşdə “Arsenal” “Brentford”u 2:0 hesabı ilə məğlub etdi. Ben Uayt oyunda bütün 90 dəqiqə meydanda olub və bir asist qeydə alıb. Bu mövsüm 28 yaşlı müdafiəçi, bütün turnirlərdə 8 matçda iştirak edib və bir məhsuldar ötürmə verib.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi