14 may 2026. Cümə axşamı

“Məni ən çox qələbə maraqlandırır”


“Məni ən çox qələbə maraqlandırır”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Kobbi Mainunun az oynadığı ilə bağlı davamlı suallardan yorulduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mənim işim suallara cavab verməkdir, amma siz daim eyni şeyi soruşursunuz. Kobbinin sizə xoş gəldiyini başa düşürəm. O, İngiltərə millisində start heyətində oynaya bilər, lakin bu, mənim onu hər dəfə meydana buraxmalı olduğum anlamına gəlmir. Mən sadəcə qələbə istəyirəm. Meydana ən yaxşı hesab etdiyim futbolçuları çıxarıram və bu qərarların kimdən asılı olmasının mənim üçün fərqi yoxdur”

Qeyd edək ki, “Mançester Yunayted” cümə axşamı “Vest Hem”lə qarşılaşmada (1:1) qalibiyyəti əldən verərək turnir cədvəlində beşinci yerə yüksəlmək imkanını itirib.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi