- İngiltərə P.L.
- 18:53 06.12.2025
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 15-ci turunda “Aston Villa” və “Arsenal” qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, Birmingemdə “Villa Park” stadionunda keçirilən oyunda ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Hesabı 36-cı dəqiqədə Matty Keş açıb, ikinci hissədə isə Leandro Trossard 52-ci dəqiqədə bərabərlik qolunu vurub. Matçın taleyini isə Emiliano Buendia 90+5-ci dəqiqədə həll edib.
Bu qələbədən sonra “Aston Villa” 30 xalla ikinci pillədə, “Arsenal” isə 33 xalla birinci pillədə qərarlaşıb.
Növbəti turda “villalar” 14 dekabrda “Vest Hem”in qonağı, “kanonirlər” isə 13 dekabrda “Vulverhempton”u qəbul edəcək.