14 may 2026. Cümə axşamı

“Mançester Siti”dən inamlı qələbə


 “Mançester Siti”dən inamlı qələbə

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 15-ci turunda “Mançester Siti” öz meydanında “Sanderlend”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad”da keçirilən görüşdə “şəhərlilər” matçın taleyini ilk hissədə həll ediblər.

31-ci dəqiqədə Ruben Dias hesabı açıb, cəmi dörd dəqiqə sonra Yoşko Qvardiol fərqi iki topa yüksəldib. Foden isə 65-ci dəqiqədə komandasının üçüncü qoluna imza atıb.

Qonaqlar matçı azlıqda başa vurublar – 90+5-ci dəqiqədə Luk O'Naen birbaşa qırmızı vərəqə alıb.

Turdan sonra “Mançester Siti” 31 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Sanderlend” isə 23 xalla 7-ci yerdədir.

Növbəti turda “Siti” 14 dekabrda səfərdə “Kristal Palas”la qarşılaşacaq. “Qara pişiklər” isə həmin gün “Nyukasl”ı qəbul edəcək.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi