14 may 2026. Cümə axşamı

“Bu, mövsümdə ən yaxşı oyunlarımızdan biri idi”


“Bu, mövsümdə ən yaxşı oyunlarımızdan biri idi”

İngiltərə Premyer Liqasının növbəti turunda “Mançester Siti” “Sanderlend”i 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmadan sonra “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola "Sky Sports"a açıqlama verib.

“Bu, mövsümdəki ən yaxşı çıxışlarımızdan biri idi. Güclü komandaya qarşı oynadıq. Qapımızı toxunulmaz saxlamamızdan və rəqibə demək olar ki, heç nə yaratmağa imkan verməməyimizdən razıyam. Yalnız bir epizod oldu, Dias topu itirdi, qalan hər şey qaydasında idi. Bu komanda normalda çox qol epizodu yaradır, amma biz bu dəfə çox diqqətli idik”, – deyə Qvardiola bildirib.

Qələbədən sonra “Mançester Siti” lider “Arsenal”dan iki xal geri qalır (31-33).







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi